Türkiyə Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib


19:18     04 Oktyabr 2020 20_10_04_1601824845.jpg

“Ermənistan dərhal hücumlarını dayandırmalı, xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir”.


Femida.az -ın xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyindən Ermənistana ünvanlanan xəbərdarlıqda belə bildirilib.

Bu sabah Gəncədə mülki əhaliyə hücum edilməsi ilə beynəlxalq hüququn açıq-aşkar pozulduğunu qeyd edən nazirlik Ermənistanı bu hücumlara görə qətiyyətlə pisləyib: “Uşaq, qadın, yaşlı demədən Xocalı qətliamını törədən Ermənistan 30 il öncə necədirsə, bu gün də elədir. Ermənistan regionda sülh və sabitliyin bərqərar olunmasına əngəldir”. Açıqlamada qeyd olunub ki, Ermənistanın Azərbaycanda Türkiyəyə məxsus havadan müdafiə (İHA) vasitələri və pilotsuz havadan müdafiə vasitələrindən (SİHA) istifadə olunmasına dair iddiaları həqiqətə uyğun deyil.

Açar sözlər:

Oxunub: 812