Türkiyə hökuməti cəbhədəki vəziyyəti müzakirə edəcək


09:25     05 Oktyabr 2020 20_10_05_1601876392.jpg


Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Femida.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

İclasda Azərbaycan Ordusunun Ermənistanın yeni təcavüz aktına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları müzakirə olunacaq. Bu məsələ toplantının gündəliyinə salınan əsas mövzulardan biridir.

İclasda həmçinin Şərqi Aralıq dənizindəki durum, terrorçuluğa qarşı mübarizə, iqtisadi inkişaf mövzuları, koronavirusla mübarizə, pandemiya şəraitində ölkədə təhsilin təşkili məsələləri müzakirə ediləcək.

Femida.az

Açar sözlər: #Türkiyə  

Oxunub: 474