"Ermənistan özü öz qanunvericiliyini ayaqlar altına atıb" - Deputat


11:18     05 Oktyabr 2020 2020/10/421512D2-9AEB-497A-8121-02349D682D89_1601884887.png


"Bu gün Ermənistan həm Cenevrə, həm Haaqa konvensiyalarının qaydalarını pozmaqla yanaşı, öz daxili qanunvericiliyini də ayaqlar altına atır".

Bu sözləri Femida.az-a açıqlamasında ixtisasca hüquqşünas olan deputat Bəhruz Məhərrəmov deyib.

O, bildirib ki, müharibələr beynəlxalq humanitar hüquqla tənzimlənir:

"Müharibələrdə 2 beynəlxalq konvensiyanın qaydaları əsas tutulur: Cenevrə və Haaqa konvensiyaları. Bunlardan biri müharibənin aparılma, hansı silahlardan istifadə etmə normalarını tənzimləyir. Digəri isə mülki insanlara qarşı münasibətləri aydınlaşdırır. Bu gün Ermənistan həm Cenevrə, həm Haaqa konvensiyalarının qaydalarını pozur.

Ermənistan ordusu Azərbaycan ordusu qarşısında davam gətirə bilmədiyi üçün panika salmaq məqsədi ilə bizim yaşayış məntəqələrimizi atəşə tutur. Atəşə tutulan şəhərlər arasında Gəncə, Mingəçevir kimi böyük şəhərlərimiz də var. Bu birbaşa beynəlxalq humanitar hüquq normalarının pozulması deməkdir. Daha bir önəmli məqam isə odur ki, Ermənistan bu cür addımlarla öz daxili qanunlarını da pozur, özü öz qanunvericiliyini ayaqlar altına atmış olur".

"Təəsüf ki, bu gün beynəlxalq hüquq öz gücünü itirib. O yalnız güclü dövlətlər üçün işləyir. Biz də beynəlxalq hüququ bərqərar etmək üçün öz gücümüzü nümayiş etdiririk. Ermənistan rəhbərliyi bilməlidir ki, işğal olunmuş ərazimizdə törətdikləri vəhşiliklərə görə də cavab verəcək. Müharibə cinayətlərinə görə məsul şəxslər beynəlxalq hərbi tribunallarda mühakimə olunacaq", - deyə deputat qeyd edib.

Femida.az

Açar sözlər: #Bəhruz_Məhərrəmov   #Qarabağ   #hüquq   #müharibə  

Oxunub: 709


Oxşar xəbərlər