Məşhur erməni bloger Gəncənin vurulmasına görə Paşinyanı ittiham etdi


11:46     05 Oktyabr 2020 20_10_05_1601884142.jpg


Məşhur erməni bloger Tiqran Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib.

Femida.az xəbər verir ki, bloger özünün səhifəsində yerləşdirdiyi çağırışda Nikol Paşinyanı kəskin təngid edərək, onu faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasında ittiham edib.
O, Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Stepanakertdə (Xankəndi şəhəri -red) rus hərbiçilərinin olması barədə yalan şayiələr yaydığını vurğulayıb.

Tiqran Köçəryan öz mənbələri vasitəsilə şayiələrin yalan olduğunu təsdiqləyib. Bloger həmçinin Dağlıq Qarabağın cənub cəbhəsində (Füzuli-Cəbrayl istiqaməti nəzərdə tutulur-red) ermənilərin tam iflasa uğraması, yararıları daşımaq üçün maşınların olmaması səbəbindən, bir çoxunun ölməsi, cəbhənin şimal tərəfində (Ağdərə istiqaməti nəzərdə tutulur-red) isə döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycanın artilleriya həmləsinə tab gətirməyərək qaçması barədə yazıb.

Ən maraqlısı isə, Tiqran Köçəryan Nikol Paşinyanın Gəncəni vurmaq əmrini verməkdə ittiham etməsidir. Tiqran Köçəryan anlayır ki, bunun nəticəsində Ermənistanın şəhərlərini işğal olunmuş Xankəndinin gündəlik bombalanması kimi aqibət gözləyə bilər.



Femida.az

Açar sözlər: #erməni   #bloqer  

Oxunub: 1597