Dilqəm Əsgərov ailəsinə məktub yazdı: "Altda qalanın canı çıxsın"


12:25     05 Oktyabr 2020 dilqem.jpg


Kəlbəcər girovu Dilqəm Əsgərov ailəsinə məktub göndərib.


Bu barədə Azvision.az -a açıqlamasında girovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, sentyabr ayının əvvəllərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiya üzrə əməkdaşları atasına baş çəkiblər. Onu ərzaqla təmin ediblər və yazdığı məktubu ailəsinə gətiriblər.

“Həmin məktubda atam müəmmalı məqamlara toxunub. Bildirib ki, hər şeydən xəbəri var, ona görə narahat olmayaq: "Bakı, Yeravan, Rusiya, Goranboy xəbərlərinə qulaq asıram. Hər şeydən xəbərim var. Mənə görə narahat olmayın. Altda qalanın canı çıxsın" ”.

K. Əsgərov Azərbaycan əsgərlərinin tezliklə atasını azad edəcəyinə inandığını deyib.

“Yaxın zamanlarda şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Kəlbəcərə bayrağımızı sancacağı günü gözləyirəm. Ordumuz tarix yazır. Gözəl qələbəmiz münasibəti ilə Ali Baş Komandanı, ordumuzu, xalqımızı təbrik edirəm. Atamın azad ediləcəyi günü gözləyirəm. Əminəm ki, əsgərlərimiz, zabitlərimiz atamın qapısını açacaq”.

Femida.az

Açar sözlər: #Dilqəm   #Kəlbəcər  

Oxunub: 1203