DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib


15:46     05 Oktyabr 2020 dtx.PNG

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti ianə ediblər. Hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.

Femida.az xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytında məlumat verilib.

"Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!", - məlumatda vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 477