Baş prokurordan açıqlama


16:22     05 Oktyabr 2020 kamran%20aliyev%20%20160413.jpg

“Ermənistanın kriminal rejimi müharibə aparmağın bütün qaydalarını pozaraq yeni çox təhlükəli addımlar atıb”.

Femida.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə artileriya hücumuna məruz qalıb: “Bir sıra ictimai obyektlər dağıdılıb. Bu, çox təhlükəli addımdır. Bu gün də düşmən tərəfdindən yenə də bu addımlar atılır. Bizim məlumata görə, 3 nəfər xəsarət alıb. Mingəçevir Su Statsiyası da raket hücumuna məruz qalıb. Ordumuz tərəfindən həmin raketlər göydə vurulub”.

Femida.az

Açar sözlər:

Oxunub: 455