Düşmənin Ağcabədiyə raket atması nəticəsində 5 yaşlı uşaq yaralanıb
17:48 05 Oktyabr 2020
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan Femida.az -a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin müdafiə olunmayan ərazilər, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci il tarixdə saat 16 radələrində Ağcabədi şəhərinə 3 raket atıb.
Atılmış raketlərdən biri partlamamış, biri həyətyanı sahəyə düşərək yaşayış evində dağıntılara səbəb olmuş, digəri isə yaşayış evinə düşüb.
Yaşadıqları evə raket düşməsi nəticəsində şəhər sakinləri 1994-cü il təvəllüdlü İbrahimov Elşən Mehdi oğlu və qardaşı qızı 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Oxunub: 545
Oxşar xəbərlər
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- Ermənistan Qaragöl ətrafına hərbi qüvvə çıxarmağa cəhd edib, düşmənin təxribatı iflasa uğrayıb
- Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib
- "Sərhədçilər müharibədə düşmənin 290 hərbi obyektini məhv edib"
- Füzulidə düşmənin atıb qaçdığı silah-sursatın sayı açıqlanıb
- Polkovnik düşmənin Horadiz istiqamətində əks-hücum cəhdinin qarşısının necə alındığını açıqlayıb
- Azərbaycan və Türkiyə qırıcıları şərti düşmənin hədəflərinə zərbələr endirib
- Laçında düşmənin diversiya qrupunun üzvü saxlanıldı
- Vətən müharibəsində düşmənin HHM vasitələri belə məhv edilib - VİDEO
- Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı