Ərdoğan Azərbaycana dəstək vermələri üçün dünya dövlətlərinə müraciət etdi
21:33 05 Oktyabr 2020
“Beynəlxalq ictimaiyyət Qarabağın ermənilər tərəfindən işğal edilməsinə, təəssüf ki, səssiz qalmışdı. Qarabağda baş verənlər sadəcə işğal deyil, həm də qətliam idi”.
Femida.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“ATƏT-in Minsk qrupu problemi nizamlamaq əvəzinə yerinə onu həlsizliyə aparıb. Minsk qrupu bu problemi gözardı etdiyi üçün bu vəziyyət yaranıb. Ermənistan yenidən Azərbaycan ərazisinə hücum etdikdən sonra gözləmədiyi reaksiya ilə qarşılaşdı. Hazırda Qarabağda bir çox yerlər işğaldan azad olunub. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın yanındayıq. Azərbaycanın mübarizəsinə dəstək vermək bütün qürurlu dövlətlərin borcudur. Dünya quldur dövlətlərdən xilas edilməsə, bəşəriyyətin davamlı sülh və əmin-amanlığa qovuşması mümkün deyil. Zəfərədək azərbaycanlı qardaşlarımızın yanındayıq”, - dövlət başçısı vurğulayıb.
Oxunub: 471
Oxşar xəbərlər
- Ərdoğan Azərbaycana gəlir
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ərdoğan Xamenei ilə görüşüb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Ərdoğanla Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
- Ərdoğan Azərbaycana təşəkkür edib
- Ərdoğan Azərbaycana səfər edəcək
- Ərdoğanla Quterreş arasında telefon danışığı olub
- Ərdoğan və Putin telefonla danışıblar