Ermənistan KTMT-nin təlimlərində iştirak etməyəcək


13:35     06 Oktyabr 2020 20_10_06_1601976971.jpg


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ayın 12-dən 16-dək Belarusda keçirəcəyi növbəti “Sarsılmaz qardaşlıq” adlı hərbi təlimlərdə iştirak etməyəcəklərini açıqlayıb.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə KTMT mətbuat katibi Vladimir Zeynəddinov bildirib.

Ermənistanın KTMT ölkələrinin birgə hərbi təlimində iştirak etməməsi Azərbaycanın işğal etdikləri ərazisində sentyabr ayının 27-dən başlayan hərbi əməliyyatlarla əsaslandırılır.

Femida.az

Açar sözlər: #Ermənistan   #KTMT   #hərbi  

Oxunub: 522