"Doğru olanı qəbul etmək beləmi çətindir?" - Azərbaycanlı uşaq Paşinyana məktub yazdı


13:47     06 Oktyabr 2020 20_10_06_1601978331.jpg

Azərbaycanda 14 yaşlı qız Nigar Quliyeva Ermənistan baş naziri Nikol Paşinyana məktub yazıb.

Məktəbli qız cəbhədə baş verən hadisələr əsasında ingilis dilində yazdığı məktubu Paşinyanın rəsmi facebook səhifəsində şərh bölməsinə yerləşdirib. Oxucular üçün maraqlı olduğunu nəzərə alaraq məktəbli qızın yazdığı məktubu təqdim edirik:

"Hey! Kim olduğumu təxmin edin.

Bəli, Azərbaycanın qürurlu sakini və şagirdi.

İcazə verin qısa şəkildə deyim ki, siz loyal insan deyilsiz.

Düşünürəm ki, biz sizə nə qədər şans verməliydik? İndiki məqamda məndən xeyirxah olmağımı gözləyirsiz?

Amma, bu, qəzəb söhbəti də deyil.

İki il öncə ölkənizdə vəziyyəti düzəltmək üçün şans istədiniz və söz verdiniz ki, hər şeyi dəyişəcəksiz. Ancaq biz əmin idik ki, bu, yalan olacaq. Çünki hamımız bilirdik ki, sizlər yenə də siçan kimi çirkin barmaqlarınız üstündə qaçmağa cəhd edəcəksiz.

Birincisi, iyulda siz gəldiniz və bizim insanlara hücum etdiniz. Daha sonra 27 senytabr, səhər saat 6:00-da siz bizim mülki vətəndaşlara yenidən hücum etdiniz. Heç nə dəyişmədi. Bu kütləvi qırğınlarınıza görə utanırsınızmı?

Əgər “əsgərlər” adlanan zəmanətə sahib real ordunuzun olduğunu düşünürsüzsə tamamilə səhv edirsiz.

“Əsgər”lərinizi qaçmamaları üçün maşınlara zəncirlədiniz, amma xatırlatmaq istəyirəm, siz də onlar kimi qorxursunuz və buna heç bir şübhə yoxdur.

Bizim bütün sübutlarımız var, sizdə nə var? Saxta zəmanət? Saxta natamam vədlər? Qadınları necə ağlatmağınız çox utancvericidir. Siz insan hüquqlarına, hansı ki, bura qadın, yaşlı və uşaqların hüquqları daxildir, əməl etmirsiniz. Heç kim sizə ölkəmizə daxil olmaq haqqını verməyib.

İkincisi, BU BÜTÜN ERMƏNİLƏRƏ AİD EDİLİR.

Siz hamınız yalan danışırsınız ki, Ermənistanın “QƏDİM” tarixi var və bu daha çox “Karen” olmaqdır, ancaq bağışlayın, krallarınız haradadır? Onlara ad verəndə yuxudan oyandığınızdan əmin olun. Sizə torpaqlarımızın böyük bir hissəsini-İrəvanı vermişik və geri almağı düşünmədiyimizə görə bizə beləmi təşəkkür edirsiz? Ah, Paşinyan! Məgər siz bilmirsiniz ki, “Мы Азербайджанцев победим, Карабах будет наш” — и бла бла бла. demək. ЭТО ПРОСТО ЧУШЬ. Qarabağ BİZİMDİR və həmişə də bizim olacaq. Heç kim Qarabağın sizin torpaqlarınız olduğunu təsdiqləmir. Və səmimi olaraq sizi öz “bacısı” kimi qəbul edən ölkənin sözləri də Qarabağ torpaqlarının əsl sahibini dəyişdirmir. Əgər siz insansınızsa, bunu günahsız vətəndaşlarımıza edilən hücumlarınızı dayandırmaqla təsdiqləyin. Əgər "ordunuzun" vətəndaşlarımızı öldürməkdən daha çox bir şeyə qadir olduğunu düşünürsünüzsə, yenə də YANILIRSIZ.

Müharibə edirsinizsə, müharibə edin. GÜNAHSIZ İNSANLARA HÜCUM YOX. Bilirsiniz ki, əsgərlərimiz xüsusi bir təlimə malikdirlər və həqiqi bir qüvvəyə sahibdirlər. Bizdən qorxduğunuzu bilirsiniz, amma bu həqiqəti deməyə cəsarət etmirsiniz! Hər yerdə biabir olmusunuz, hətta video görüşlərdə maska taxmağınızla. Ay Allah, belə ağıllı olduğunuzumu düşünürsünüz? Bilirsiniz, BBC-də “Hard Talk”-u dinlədim və həmişə olduğu kimi sizinlə müsahibə aparan insanın ədalətli bir şəkildə qiymətləndirməsini gördüm. Müsahibiniz sizin yalanlarınızı ifşa edəndə "Baş nazir" vəzifənizdən istifadə etməyə cəhd edərək, onu suçlamağa çalışdınız. Doğru olanı qəbul etmək beləmi çətindir? Bilirsiz, bu bir uşaqlıqdır və sizdən kim olduğunuz haqda nə düşündüyünü soruşmaq istəyirəm və sizə müraciət edirəm. Ancaq bilirəm ki, sonra siz bunu geri soruşacaqsınız. Bəli, səhv etmədiniz, bu anda sizin yerinizdə sürüşməyə cəsarət edən 9-cu sinif şagirdidir. Düşünürəm ki, bunun adi bir oyun meydançası zarafatı olduğunu bilirsiniz və bu artıq siz bunu oxumadan öncə əks-səda vermiş oldu. Azərbaycan xalqı heç vaxt sizə nifrət etməyə meyilli olmayıb, bu səbəbdən siz də daxil olmaqla kimliyi bilinməyən varlıqlarınız həddini aşdı. Elə bir gün də olmadı ki, həyatımızı dinc bir mühitdə yaşamağa imkan verəsiniz. Ancaq bilin ki, Qarabağı itirmək kədərini yaşasaq da o, həmişə hamımızın düşüncəsində olub. Hələ də Prezidentimizlə özəl danışmağınızdan, mərhəmət istəmənizdən, hər bir ölkəyə köməklik üçün müraciətinizdən və 14 yaşında bir uşağın belə qiymətləndirməsindən utanmırsınızsa, o zaman mən susuram. İstəklərinizə isə gülürəm, çünki Azərbaycan sizdən daha güclüdür və bütün planlarınız iflasa uğrayacaq. Bunu sizə mən deyirəm.

Qarabağla bağlı heç bir tarixiniz yoxdur və dərk edin ki, insanları qışda həyatlarını qorumaq üçün yarı çılpaq qaçarkən kütləvi şəkildə qətlə yetirmək qalibiyyət deyil. Əgər özünüz normal bir uşaqlıq yaşamısınızsa, onda bizi tərk edin! Və torpaqlarımızdan rədd olun!



Femida.az

Açar sözlər: #Paşinyan   #məktub   #uşaq  

Oxunub: 1758