İlham Əliyev Da Silvanı qəbul etdi


20:30     24 May 2015 95698.jpg

Azərbaycan Prezidenti İlham Əliyev mayın 24-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Jose Qratsiano Da Silvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Femida.az-ın məlumatına görə, Da Silva ilə Romadakı son görüşünü xatırlayan dövlət başçısı onun ölkəmizə səfərinin və keçirdiyi görüşlərin məhsuldar və uğurlu olacağına əminliyini ifadə edib.

Da Silva Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsinin yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürdüyünü və bu ölkələrdən yalnız 18-nin buna nail olduğunu vurğulayıb. Bu öhdəlikdən sonra həmin ölkələrin yoxsulluğun 5 faizdən aşağı endirilməsini hədəf götürdüklərini qeyd edən Baş direktor Azərbaycanın dünyada buna nail olan 29 ölkədən biri olduğunu vurğulayaraq, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ilin iyununda keçirəcəyi konfransda Azərbaycanın bu təşkilatın xüsusi medalı ilə təltif ediləcəyini deyib.

Açar sözlər:

Oxunub: 744