Çavuşoğlu: "Qarabağ Azərbaycandır"


14:31     06 Oktyabr 2020 20_10_06_1601980374.jpg


“Azərbaycan xalqına dəstəyimi göstərmək üçün bu gün Bakıya gəldim. Prezident Rəcəb Tayyib Ərdoğanın salamını sizə çatdırıram. Biz Azərbaycanla kədərdə də, sevincdə də birgə olacağıq”.

Femida.az xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Bir daha bildirmək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır. Ermənistanın oradan çəkilməsi mövzusunda bu günlərdə beynəlxalq ictimaiyyətin birmənalı reaksiyası olmayıb”, - o deyib.

XİN başçısı bildirib:

"Türkiyənin, Türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya gəldim. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraq və Türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq.

Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik".

Femida.az

Açar sözlər: #Türkiyə   #Qarabağ   #Çavuşoğlu  

Oxunub: 608