Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana DƏSTƏK
17:53 06 Oktyabr 2020
Oktyabrın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova ilə Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay arasında telefon danışığı olub.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, telefon danışığı zamanı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar müzakirə olunub.
Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum əməliyyatlarında ölkəmizi dəstəkləyir və tezliklə Azərbaycan torpaqlarının işğalçılardan təmizlənəcəyinə inanır: “Şimali Kipr Türk Cümhuriyyəti bu haqq işində daim Azərbaycanın yanındadır”.
Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, 27 sentyabr tarixində səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutub. Ötən günlərdə isə işğalçı ölkənin silahlı qüvvələri Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə, sənaye şəhəri Mingəçevirə və münaqişə zonasına aidiyyatı olmayan digər şəhərlərə raket hücumları həyata keçirib. Nəticədə mülki əhali arasında həlak olanlar, yaralananlar və çoxlu sayda dağıntılar var. Ermənistan silahlı qüvvələrinin mülki insanları və obyektləri atəşə tutması beynəlxalq cinayətdir və bunun məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Milli Məclisin Sədri Azərbaycana verdiyi dəstəyə görə bir daha Şimali Kipr Türk Cümhuriyyətinə təşəkkürünü bildirib. Telefon söhbəti zamanı tezliklə Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyinə və münaqişənin həll olunacağına əminlik ifadə olunub.
Femida.az
Oxunub: 540
Oxşar xəbərlər
- Şimali Koreya artilleriya təlimləri keçirib
- Şimali Makedoniya prezidenti İlham Əliyevi təbrik edib
- Şimali Koreya iki raket sınağı həyata keçirib
- Şimali Kiprdə təyyarə qəzaya uğrayıb - 2 nəfər ölüb
- Şimali Koreya Yaponiyanı raket atəşinə tutub
- Şimali Koreya Pompeonu ABŞ-la dialoqu pozmaqda günahlandırıb
- Şimali Koreya Yapon dənizinə 2 raket atdı
- Şimali Makedoniyanın yeni Prezidenti bəlli oldu
- Şimali Koreya XİN-in nümayəndələri Azərbaycana səfər edəcəklər
- Şimali Kipr prezidenti xəstəxanaya yerləşdirildi Əməliyyat olundu