Hikmət Hacıyev: “Ermənistanın atdığı raket BTC-nin 10 metrliyinə düşüb”


00:22     07 Oktyabr 2020 2020/10/bf0d49d3-c652-3103-9f11-0371415f9218_1602019497.jpg


“Ermənistan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə kasetli raket atıb. Raket Yevlax rayonunda BTC-nin 10 metrliyinə düşüb”.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabında paylaşım edib.

“Ərazidə 300-dən çox kasetli bomba var. Boru kəmərinə zərər dəyməyib. ANAMA fəaliyyətdədir. Çıxılmaz vəziyyətdə qalan Ermənistan enerji infrastrukturuna hücum edir”, - H.Hacıyevin paylaşımında qeyd edilir.

Femida.az

Açar sözlər: #BTC   #Ceyhan   #neft   #kəmər  

Oxunub: 600