Miqrasiya Xidməti Orduya 100 min manat ianə etdi


17:56     07 Oktyabr 2020 2020/08/miqrasiya_Esas_1596710525.jpeg

Dövlət Miqrasiya Xidməti Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb

Bu barədə Femida.az -a DMX-ın İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

"Dövlət Miqrasiya Xidmətinin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait ayırıb.

Dövlət Miqrasiya Xidmətinin bütün əməkdaşları Ali Baş Komandanın rəhbərliyi altında tariximizdə yeni bir şanlı səhifə yazan, qürur mənbəyimiz olan ordumuza haqq yolunda yeni zəfərlər arzulayır!", - deyə Xidmətdən bildirilib.

Femida.az

Açar sözlər: #dmx   #miqrasiya  

Oxunub: 622