MN: Ermənistana məxsus PUA məhv edilib


23:00     07 Oktyabr 2020 20_10_07_1602097279.jpg


Oktyabrın 7-si saat 22.00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.


Femida.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.

Açar sözlər: #PUA   #Ermənistan   #müdafiə  

Oxunub: 491