Çavuşoğlu alman nazirlə Qarabağı müzakirə etdi


15:33     08 Oktyabr 2020 2020/10/F167B7B4-F8C7-4849-8BB4-310F1CB5A629_1602156991.jpeg

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Massla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

Femida.az xəbər verir ki, bu barədə Çavuşoğlu “Twitter” hesabında yazıb.

Görüş Slovakiyada keçirilən 15-ci Bratislava Təhlükəsizlik Forumu (GLOSBEC 2020) çərçivəsində baş tutub.

“Almaniyanın Xarici İşlər naziri ilə əməkdaşlıq məsələlərini, Ermənistanın Azərbaycana qarşı təcavüzünü, Yaxın Şərq və digər mövzuları müzakirə etdik”, - deyə Çavuşoğlu bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 438