Prezidentin köməkçisi dünya ölkələrinə müraciət etdi
16:17 08 Oktyabr 2020
“Jurnalistin reportajı onu göstərir ki, əslən erməni olan Fransa vətəndaşları Ermənistan silahlı qüvvələrinin sıralarında muzdlu yaraqlı olaraq Azərbaycan hərbçiləri və dinc sakinlərinə hücum edirlər".
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.
"Azərbaycanı ittiham etmək yerinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, - o qeyd edib.
Xatırladaq ki, bu gün Ermənistan XİN işğal altındakı Dağlıq Qarabağ bölgəsinə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün ezam olunmuş "Novaya Qazeta"nın əməkdaşı İlya Azara verdiyi akkreditasiyanı ləğv edib.
Femida.az
Oxunub: 510
Oxşar xəbərlər
- Prezidentin xüsusi nümayəndə təyin etdiyi Hacıyev kimdir?
- Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
- Prezidentin köməkçisi: "Zəngəzur dəhlizi Ermənistan üçün yeni imkanlar açacaq"
- Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin qərargahı istifadəyə verilib
- Prezidentin bu gün təyin etdiyi xidmət rəisi kimdir? - DOSYE
- Prezidentin xüsusi nümayəndəsi Ağdamda ağac əkib
- Prezidentin köməkçisi xarici media nümayəndələrinə çağırış edib
- Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır
- Prezidentin köməkçisi tibb işçilərinə xəbərdarlıq edib
- Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib