Ermənistanda hərbi vəziyyət rejimi sərtləşdirildi


09:10     09 Oktyabr 2020 20_10_09_1602220313.jpg

Ermənistanda Dağlıq Qarabağdakı münaqişənin artması səbəbindən sentyabrın 27-də tətbiq olunan hərbi vəziyyət sərtləşdirilib və yeni məhdudiyyətlər əlavə edilib.

Bu barədə Ermənistan hökumətinin saytında məlumat yer alıb. Belə ki, Ermənistan Nazirlər Kabinetinin qərarına əsasən, ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlərin yayımlanması qadağan olunub.

"Dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər daxil olmaqla hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayan və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaq qadağandır", - qərarda deyilir.

Femida.az

Açar sözlər: #Ermənistan  

Oxunub: 419