Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 3 milyard manatdan aşağı düşüb


12:07     09 Oktyabr 2020 dgk%20muraciet.jpg


Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 955,235 milyon manat təşkil edib.


Femida.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 7,2% azalaraq 741 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 6% azalaraq 2 083,4 milyon manat, aksizlər üzrə daxilolmalar 48,7% azalaraq 103,3 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 16,4% azalaraq 27,5 milyon manat olub.

Femida.az

Açar sözlər:

Oxunub: 488