Ermənistanın Füzulidə atəşə tutduğu evlər: 3 mülki şəxs yaralanıb (FOTO)


13:04     09 Oktyabr 2020 2020/10/trend_fizuli_texribat_091020_8_1602234348.jpg

Ermənistan ərazisindən Füzuli rayonunun ərazisi raket atəşinə tutulub.

Femida.az-ın verdiyi məlumata görə, raket atəşi nəticəsində 3 nəfər mülki şəxs xəsarət alıb.

Bunlar Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğludur.

Raket atəşi nəticəsində rayonun Kərimbəyli, Babi, Şükürbəyli və Qarabağ kəndlərindəki evlərə külli miqdarda ziyan dəyib.

Trend həmin evlərdən görüntüləri təqdim edir:





Femida.az

Açar sözlər:

Oxunub: 550