Bakı, Sumqayıt və Abşeronda bütün pensiyalar köçürüldü


18:40     09 Oktyabr 2020 20_10_09_1602254499.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə pensiya vəsaitləri Bakı, Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olan pensiyaçıların (316,4 min nəfər) hesablarına köçürüldü.

Femida.az xəbər verir ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə oktyabrın 15-də ödənilməsi nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #pensiya  

Oxunub: 916