İlham Əliyev Paşinyana: "Kimin dabanlarını yalayırsansa yala, heç kim bizə təsir edə bilməz"


19:12     09 Oktyabr 2020 20_10_09_1602255480.jpg

“Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə istəyirsən, yalvarırsansansa yalvar. Kimin ayağının altına yıxılırsansa, yıxıl. Kimin dabanlarını yalayırsansa, yala. Heç kim bizə təsir edə bilməz”.



Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq. Ərazi bütövlüyümüzü bərpa edəcəyik. Amma yenə də işğalçıya, bəlkə də, sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan”, - ölkə başçısı əlavə edib.

Açar sözlər:

Oxunub: 672