Qırğızıstanın sabiq prezidentinə sui-qəsd olub
19:24 09 Oktyabr 2020
Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev sui-qəsdə məruz qalıb.
Femida.az xəbər verir ki, bu barədə onun müşaviri, Sosial Demokrat Partiyasının sözçüsü Kündız Joldubayeva “Facebook” səhifəsindən xəbər verərək sabiq dövlət başçısının avtomobilinin gülləbaran edildiyini, lakin xəsarət almadığını bildirib.
Xatırladaq ki, oktyabrın 4-də keçirilən parlament seçkilərindən sonra müxalifət tərəfdarları rəsmi nəticələri rədd edərək paytaxt Bişkekdə etiraz aksiyaları keçirərək parlament, hökumət, prezident administrasiyası binalarını ələ keçiriblər. Bundan sonra Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini etibarsız elan edib.
Oxunub: 616
Oxşar xəbərlər
- Qırğızıstanın keçmiş baş nazirinin ölkədən çıxışına qadağa qoyulub
- Qırğızıstanın keçmiş prezidentləri axtarışa verildi
- Qırğızıstanın xarici işlər naziri Azərbaycana gəlib
- Qırğızıstanın eks-Baş naziri İlham Əliyevə məktub ünvanlayıb
- Qırğızıstanın sabiq Prezidenti Atambayev saxlanılıb
- Qırğızıstanın xarici işlər naziri istefa verdi
- Qırğızıstanın hərbi vertolyotu qəzaya uğradı - Yaralılar var