Bakıda mənzildə meyit aşkarlanıb


21:59     09 Oktyabr 2020 20_10_09_1602265529.jpg

Bakıda qapısı bağlı qalan mənzildə meyit aşkar olunub.

Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Ramazanov Alıbəli Hüseyn oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Açar sözlər:

Oxunub: 483