Yevlaxda avtomobilin aşması nəticəsində 5 nəfər yaralanıb


09:55     10 Oktyabr 2020 20_10_10_1602307685.jpg

Yevlax rayonunda minik avtomobilinin aşması nəticəsində 5 nəfər yaralanıb.

Femida.az -ın məlumatına görə, hadisə Aran qəsəbəsi yaxınlığından keçən avtomagistralda baş verib. İdarəetmədən çıxan minik avtomobili aşıb.

Qəza nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar – 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlkin Rəimov, 1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Rizvan Vəliyev, 1996-cı il təvəllüdlü Tərtər rayon sakini Mahir Hüseynli, 1994-cü il təvəllüdlü Tərtər rayon sakini Nahid Zülqədərli və 1989-cu il təvəllüdlü Tərtər rayon sakini Nahid Qasımov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 604