Sumqayıtda silsilə oğurluq edən şəxs saxlanılıb


13:05     10 Oktyabr 2020 2019/04/hebs_yeni-(2)_1554099128.jpg

Silsilə oğurluqla məşğul olan Sumqayıt şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən aptek, kredit təşkilatı və çayxanadan ümumilikdə 1090 manat pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nurəliyev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 424