Ermənistana silah daşıyan yük maşını Gürcüstan sərhədində saxlanıldı
14:06 10 Oktyabr 2020
Ermənistana silah daşıyan mülki yük maşını Gürcüstan-Ermənistan sərhədində saxlanılıb.
Femida.az xəbər verir ki, bu barədə Minval.az etibarlı mənbələrə istinadən məlumat verib. Hərbi mütəxəssislər fotoşəkillər və video materiallara istinad edərək bildirib ki, yük maşınında hərbi avtomatik idarəetmə sistemi quraşdırılmış avtomobil daşınıb. Qeyd olunub ki, bu qurğu komanda məntəqələrində quraşdırıla və qoşunları idarə etmək, bölmələrin hərəkətlərini əlaqələndirmək, raket qüvvələri və topçu birliklərinin atəşinə nəzarət etmək üçün istifadə edilə bilər.
Onu da qeyd edək ki, hərbi avtomatik idarəetmə sistemi Ermənistan nəqliyyat şirkəti "Spayka"ya məxsus mülki yük maşınları ilə daşınıb. Hərbi texnikanın quraşdırıldığı avtomobil mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına yerləşdirildiyi aşkarlanıb.
Bu onu göstərir ki, Ermənistanın hakimiyyət orqanlarının Gürcüstanın öz ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı açıq şəkildə pozmağa davam edir. Ayrıca, ölkəyə silah qaçaqmalçılığı cəhdləri göstərir ki, rəsmi İrəvan, təəssüf ki, hərbi təxribat siyasətindən əl çəkməyib və münaqişənin sülh yolu ilə həllinə meylli deyil.
Femida.az
Oxunub: 720
Oxşar xəbərlər
- Ermənistana Kəlbəcərdən çıxması üçün verilən vaxt 10 gün uzadıldı
- Ermənistana 400-dən çox rusiyalı sülhməramlı gətirilib
- Ermənistana məxsus daha bir PUA məhv edilib
- Ermənistana məxsus daha bir PUA məhv edilib
- Ermənistana məxsus daha 3 PUA məhv edilib
- Ermənistana xəbərdarlıq edildi
- Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
- Ermənistana qarşı hansı sanksiyalar tətbiq edilə bilər? - ŞƏRH
- Ermənistana məxsus növbəti PUA məhv edilib
- Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi