Cəlilabad sakinindən 6 kq çox narkotik götürülüb


16:59     10 Oktyabr 2020 heroin%20narkotik.jpg

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.aza verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunan G. Cəbrayılov saxlanılıb. Şəxşi axtarış zamanı ondan 11 qramdan artıq tiryək, idarə etdiyi “VAZ-2106” avtomobilə baxış zamanı isə 5 kiloqram 165 qram heroin, 545 qram tiryək və 191 qramdan artıq metamfetamin, habelə yaşadığı evə baxış zamanı 335 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 655