“Yardım adı altında Ermənistana raket sistemləri daşınır” - Hikmət Hacıyev


22:00     10 Oktyabr 2020 1428524739_hikmet-haciyev66.jpg

Humanitar yardım adı altında “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”, - deyə H.Hacıyev qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 594


Oxşar xəbərlər