Aleksander Gessel Azərbaycana səfərə gəlir


18:23     07 Aprel 2015 aleksand%20gessel.jpg


Avropa Şurası (AŞ) baş katibi Tyorbyorn Yaqlandın xüsusi nümayəndəsi, AŞ-nın siyasi işlər üzrə şöbə müdiri Aleksander Gessel sabah Azərbaycana səfər edəcək.


Bu barədə APA-ya açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu söyləyib.

 

Səfər 2 gün davam edəcək. A. Gessel Azərbaycan prezidenti İlham Əliyevin vəAvropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edən İnsan Hüquqları üzrə Birləşmiş Qrupda təmsil olunur. İnsan Hüquqları üzrə Birləşmiş Qrupunda təmsil olunan N. Cəfəroğlu Aleksander Gesselin səfəri ilə əlaqədar İnsan Hüquqları üzrə Birləşmiş Qrupun iclasının keçirilib-keçirilməyəcəyi barədə məlumatı olmadığını bildirib.

 

Qeyd edək ki, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət İnsan Hüquqları üzrə Birləşmiş Qrup Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edərək, 2014-cü il oktyabrın 22-də ilk iclasını keçirib. İşçi Qrupun həmsədrləri Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər.


Femida.az 

Açar sözlər:

Oxunub: 880


Oxşar xəbərlər