Ölənlərin və yaralananların sayında artım ola bilər - Ombudsman


10:17     11 Oktyabr 2020 ombudsmanliq.jpg

Hazırda hadisə yerində dağıntılar altında qalan insanların xilas edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir, bu baxımdan ölənlərin və yaralananların sayında artım ola bilər.

Femida.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsmanın məlumatında qeyd edilib.

Məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq, 11.10.2020-ci il tarixdə gecə saatlarında müharibə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzində çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Femida.az

Açar sözlər:

Oxunub: 682