Prezidentin köməkçisi: "Ermənistanı dayandırmaq lazımdır"


10:20     11 Oktyabr 2020 2020/08/hikmet_hac_1596530069.jpg

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam etdirməsi ilə bağlı paylaşım edib.

"Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir", - deyə Azərbaycan Prezidentinin köməkçisi "Twitter" səhifəsində yazıb.

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir: “Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

Hikmət Hacıyev həmçinin əlavə edib ki, hazırda ən azı yeddi mülki şəxs, o cümlədən qadınlar öldürülüb. Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 654