Ermənistanın mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir - Hikmət Hacıyev


11:14     11 Oktyabr 2020 hikmet%20h.jpg

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında Ermənistanın dövlət səviyyəsində vandalizm siyasətini davam etdirməsi ilə bağlı paylaşım edib.

Femida.az xəbər verir ki, Hikmət Hacıyev yazıb:

“Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir. Bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktıdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 813