Ermənilərin Gəncəni atəşə tutmaları nəticəsində ölənlərin sayı artıb


12:31     11 Oktyabr 2020 2020/10/fhn_dagintilar_111020_8_1602405189.jpg

Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, habelə dünən saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində ölənlərin sayı artıb.

Raket atəşi nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb. Belə ki, dağıntılar altından daha 2 nəfərin – gənc oğlanın və qadının meyitləri çıxarılıb.

Bununla da atəş nəticəsində 3-ü qadın olmaqla, 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla, 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Femida.az

Açar sözlər:

Oxunub: 457