Azərbaycanın dövlət rəsmiləri Gəncəyə səfər ediblər


13:44     11 Oktyabr 2020 20_10_11_1602410440.jpg

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş Prokuror Kamran Əliyev və digər dövlət rəsmiləri Gəncə şəhərinə səfər ediblər.

Dövlət rəsmiləri bu gecə saat 02:00-da Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkərək, vəziyyətlə yerində tanış olublar.

Eyni zamanda K.Əliyev hadisə və erməni terroru barədə mətbuat nümayəndələrinə açıqlamalar veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 650