MN: Vəziyyətin gərginləşməsinə görə məsuliyyət Ermənistanın üzərinə düşür
13:56 11 Oktyabr 2020
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir.
Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
"Oktyabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür", - deyə bəyanatda qeyd edilir.
Femida.az
Oxunub: 588
Oxşar xəbərlər
- MN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"
- MN: "Azərbaycan Ordusunun Tağaverd istiqamətində atəş açması barədə məlumat yalandır"
- MN: "Sülhməramlılarımızın qısa müddətdə Vətənə qayıdışı planlaşdırılır"
- MN: Ermənilər Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- MN: Sərhəd yaxınlığında Ermənistan tanklarının cəmləşməsi müşahidə edilib
- MN: Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub
- MN: “Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib”
- MN: Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır - VİDEO
- MN: Düşmən Tərtər şəhərini, rayonun Qazyan və Hüsənli kəndlərini atəşə tutur
- MN: Azərbaycan Ordusunun cəbhənin şimal istiqamətində itki verərək geri çəkilməsi yalandır