Azərbaycanda bir gündə 230 nəfər COVID-19-a yoluxub, 122 nəfər sağalıb, 1 nəfər vəfat edib


18:12     11 Oktyabr 2020 20_10_11_1602423497.jpg

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 230 yeni yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 41 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 357 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2 016 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 064, ötən müddət ərzində isə ümumilikdə 1 176 720 test aparılıb.

Açar sözlər:

Oxunub: 351