Kimlər Azərbaycanın fəxri vətəndaşı ola bilər?


14:24     14 Dekabr 2015 pasport.jpg

Sosial şəbəkələrdə Moldova ombudsmanı Aurelia Qriqoriunun Azərbaycanın fəxri vətəndaşı adına layiq görülməsi barədə təkliflər irəli sürülüb.Sosial səhifə istifadəçiləri bunu moldovalı qadının beynəlxalq aləmdə hər zaman Azərbaycanla bağlı həqiqəti dünyaya çatdırmağı ilə əlaqələndiriblər.


Femida.az kimlər Azərbaycanın fəxri vətəndaşı ola bilər, sualı ətrafında araşdırma aparıb. Mövzu ilə bağlı sualları vəkil Asif Abdullayev cavablandırıb.




“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, fəxri vətəndaş adı yalnız Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxsə verilə bilər. Bu cür vətəndaşlıq verilərkən, şəxsin razılığı tələb olunur.

Azərbaycan Respublikasının fəxri vətəndaşlığı dünya birliyi, Azərbaycan dövləti və ya Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilir.

Fəxri vətəndaş Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqa malikdirlər.
Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası Prezidentinin xüsusi himayəsi altındadır.

Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının fəxri vətəndaşı onlara müraciət edərsə, ona hər cür yardım və dəstək göstərməlidirlər.
Azərbaycan Respublikasının xarici dövlətlərdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluq idarələri Azərbaycan Respublikasının fəxri vətəndaşına hər cür yardım və dəstək göstərməlidirlər.

2000-ci ildə Azərbaycan Respublikasının fəxri vətəndaşı adı Süleyman Dəmirələ verilib. Millət vəkili Qənirə Paşayevaya da Türkiyə tərəfindən fəxri vətəndaş adı alıb.”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 11369