Bakıda 77 yaşlı qadını avtomobil vurub


09:44     12 Oktyabr 2020 20_10_12_1602479693.jpg

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı qoca qadın ağır xəsarət alıb.

Femida.az xəbər verir ki, hadisə Sahil qəsəbəsində baş verib.

1943-cü il təvəllüdlü İsayeva Gülzadə Beydulla qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı təcili təxirəsalınmaz tibbi yardım xidməti vasitəsilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkimlərinin APA-ya verdiyi məlumata görə, G.İsayeva xəstəxanaya sol ayaq və sol əlinin sınığı diaqnozu ilə qəbul edilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Açar sözlər:

Oxunub: 480