Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var


10:33     12 Oktyabr 2020 20_10_12_1602480086.jpg

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində bir neçə nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı 10-CR-711 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq beton dirəyə çırpılıb və aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 425