11 yaşlı uşağı maşın vurub öldürdü


13:26     12 Oktyabr 2020 piyada5.jpg

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, oktyabrın 11-də saat 11 radələrində Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisində Xırmandalı kənd sakini N.İmanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən rayon sakini 11 yaşlı Sadiq Əsgərlini vurmuş və uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 462