Bişkekdə fövqəladə vəziyyət rejimi uzadıldı


13:42     12 Oktyabr 2020 2020/10/47485c1a-d339-3374-b837-28d58808e668_850_1602495829.jpg

Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov paytaxt Bişkekdə fövqəladə vəziyyət rejiminin müddətini yenidən uzadıb.

Femida.az “24.kg”ya istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikası prezidentinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, 2020-ci il oktyabrın 12-dən 19-dək saat 20:00-dan 07:00-dək Bişkekdə fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.

Qırğızıstan daxili işlər nazirinin müavini Almazbek Orozaliyev Bişkekin komendantı təyin olunub.

Qeyd edək ki, S.Jeenbekov tərəfindən Bişkekdə fövqəladə vəziyyət rejimi birinci dəfə oktyabrın 9-da təyin olunsa da, deputatlar toplaşmadığı üçün parlament bu sərəncamı təsdiqləməmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 202