İlham Əliyev: “Gəncəyə hücum qərarını şəxsən Paşinyan verib”


14:25     12 Oktyabr 2020 2020/06/ilham_aliyev_main_new_president_310120_1_1591039089.jpg

“Bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır. Belə olan halda onlar öz heyfini mülki şəxslərdən çıxır. Bu, onların xislətidir”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Xocalı soyqırımını törədənlər Gəncəyə hücum təşkil edib: “Gəncəyə raket hücumunun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan (Ermənistanın baş naziri Nikol Paşinyan-red) tərəfindən verilib”.

Femida.az

Açar sözlər:

Oxunub: 539