Hikmət Hacıyev: “Biz bunu vandallıq və barbarlıq kimi qiymətləndiririk”


15:08     12 Oktyabr 2020 hikmet%20h.jpg

“SKAD” raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır. Ümumiyyətlə, son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq görərik ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik raketin atılması çox nadir hallardan biridir.

Femida.az xəbər verir ki, bunu hazırda Gəncədə olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Belə böyük dağıdıcı gücə malik raketi atan Ermənistanın siyasi-hərbi rəhbərliyi bunun necə təsir doğuracağını çox gözəl bilir. Bunu niyyətli şəkildə etmək onların əsl mahiyyətini göstərir. Gördüyünüz kimi, bu ərazidə hər hansı bir hərbi obyekt, hər hansı bir hərbi zərurət də yoxdur. Bu onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydalar, dünya sivilizasiyasına xas olan baryerlər yoxdur. Biz bunu vandallıq və barbarlıq kimi qiymətləndiririk”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 599