DİM abituriyentlərə müraciət edib
16:08 12 Oktyabr 2020
Əsas və əlavə yerləşdirmə nəticəsində ali təhsil müəssisələrinə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti oktyabrın 14-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, abituriyentlər 14 oktyabr saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Femida.az
Oxunub: 486
Oxşar xəbərlər
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- DİM həftəsonu 44 mindən çox şagird üçün imtahan keçirəcək
- DİM bu gün Bakıda dövlət qulluğuna test imtahanı keçirəcək
- DİM tərəfindən növbəti imtahanlar keçirilib
- DİM 26 mindən artıq abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM 17 mindən artıq bakalavr üçün magistraturaya qəbul imtahanı keçirəcək
- DİM bu gün dövlət qulluqçusu olmaq istəyənlər üçün imtahan keçirəcək
- DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir