Lavrov Qarabağ danışıqlarını təxirə salmamağa çağırdı


16:31     12 Oktyabr 2020 lavrov.jpg

Qarabağ münaqişəsi ilə bağlı əldə edilmiş razılaşmaların hər iki tərəfin ciddi şəkildə həyata keçirəcəyinə ümid edirik.

Femida.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada səfərdə olan ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, prosesi irəliyə aparmaq barədə müzakirələr olub.

"Bu, bütün məsələlərin tez və eyni zamanda həll ediləcəyi demək deyil. Bir müddətə ehtiyac olduğunu başa düşürük və siyasi danışıqlar prosesinin bərpasını təxirə salmağı səhv hesab edirik ", - deyə Lavrov vurğulayıb.

Lavrov Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü zamanı bundan sonra atılacaq addımların müzakirə ediləcəyini söyləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 550