Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10-a çatdı


17:44     12 Oktyabr 2020 20_10_12_1602510341.jpg



Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib


Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Femida.az -a bildirilib ki, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.

Femida.az

Açar sözlər: #Gəncə   #raket  

Oxunub: 321