"Moskva razılaşması maraqlarımıza tam cavab verir" - Prezident


18:19     12 Oktyabr 2020 20_10_12_1602518548.jpg

Moskvada əldə olunan razılaşma, hesab edirəm ki, bizim maraqlarımıza tam cavab verir. Çünki ilk növbədə orada göstərilir ki, həlak olanların cəsədlərinin, əsirlərin humanitar əsaslarla dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik. Ancaq Ermənistan buna getmirdi.


Femida.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib: “Bundan başqa, çox önəmli siyasi məqamlar var. Onlardan biri danışıqların, müzakirələrin bərpa edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir. Çünki orada işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə beş rayondan, ikinci mərhələdə daha iki rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra təbii ki, bütün məcburi köçkünlər əvvəlki dövrdə yaşadıqları bölgələrə qayıdırlar. Bu da o deməkdir ki, bizim məcburi köçkünlərimiz Şuşaya da, Xankəndiyə də qayıdacaqlar və ondan sonra yəni bu məsələnin siyasi həlli təmin edilə bilər”.

Femida.az

Açar sözlər: #Prezident   #Moskva   #Qarabağ  

Oxunub: 588